BANM-də bütün ixtisaslar üzrə keçid balı 600-dən yüksəkdir

BANM-də bütün ixtisaslar üzrə keçid balı 600-dən yüksəkdir

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı qəbul nəticələrinə görə, bütün ixtisaslarının dövlət sifarişli yerlərinin keçid balı 600 baldan yüksək olan yeganə universitet Bakı Ali Neft Məktəbi (BANM) oldu.

BANM-də dövlət sifarişli ixtisaslar üzrə keçid balları aşağıdakı kimi formalaşıb:

- İnformasiya təhlükəsizliyi - 675,9 bal

- Kompüter elmləri - 674,1 bal

- Kimya mühəndisliyi - 669,7 bal

- Kompüter mühəndisliyi - 658,7 bal

- Data analitikası - 652,1 bal

- Maliyyə - 648,1 bal

- Neft-qaz mühəndisliyi - 643,2

- Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 635,2 bal

- Biznesin idarə edilməsi – 603,6 bal

Ali təhsilin BANM brendi!

Mənbə: qafqazinfo.az