Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyəti Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında dəmir yolu xətti infrastrukturunun yaradılması məqsədilə tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 18 milyon 44 min manat təşkil edir.
Satınalma sənədlərinə əsasən, görüləcək işlər çərçivəsində 700 millimetr diametrli quyuların burulması, qazılmış qruntların və süxurların çıxarılması, müxtəlif tipli baltaların alınması, elektrikqaynağı, düzlük və spirallıq yoxlanışları, çalovla qruntun özbaşına çıxarılması və digər işlər nəzərdə tutulur.
Belə ki, ilkin mərhələdə 159 metr, 212 metr və 159,4 metr həcmində müxtəlif qruplar üzrə quyuların qazılması, 3.1 ədəd üçkonuslu "S1460K-PV" tipli balta, 53 metr elektroqaynaq işləri və 600 kubmetr qruntun çıxarılması planlaşdırılır.
Mənbə: oxu.az