Bakıda 46 küçədə təmir işləri yekunlaşdı

Bakıda 46 küçədə təmir işləri yekunlaşdı

Bakı şəhərində 111 küçə və prospektin təmiri nəzərdə tutulub.

Bbu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, artıq 46 küçədə işlər yekunlaşıb, ümumilikdə 32 kilometr uzunluğunda yol yenilənib.

Hazırda 20 küçədə təmir işləri davam etdirilir.

Qeyd edilib ki, genişmiqyaslı təmir proqramına daxil olan digər küçə və prospektlərdə də işlər mərhələli şəkildə həyata keçiriləcək.

Mənbə: oxu.az