Samara karantinə alındı

Samara karantinə alındı

Samarada brusellyoz xəstəliyi aşkarlanıb.

Bu barədə "Samara Online" saytı məlumat yayıb.

Bildirilib ki, Kuybışevski rayonunun sakinlərinə karantin məhdudiyyətləri barədə məlumat verilib.

Malta, Kipr və ya Cəbəllütariq qızdırması kimi də tanınan brusellyoz Brusella bakteriyasının yaratdığı təhlükəli xəstəlikdir. Bu xəstəlik insanlara az işlənmiş ət, süd və pendir kimi heyvani məhsullar vasitəsilə keçə bilər. İnfeksiya həmçinin xəstə heyvanlarla, o cümlədən qoyun, keçi, inək, it və başqaları ilə təmasdan baş verə bilər.

Brusellyozun simptomları xəstəliyin formasından asılı olaraq müxtəlif formalarda özünü göstərə bilər. Kəskin brusellyoz yüksək hərarət, baş ağrısı, halsızlıq, qusma, ishal, əzələ və oynaq ağrıları, həmçinin səpgi və limfa düyünlərinin şişməsi ilə başlayır.

Xəstəliyin xroniki formasında artrit, mərkəzi sinir sisteminin zədələnməsi, hepatit, yaddaş və hərəkət koordinasiyasının pozulması, eləcə də digər ciddi fəsadlar baş verə bilər.

Hüseyn İbadlı

Mənbə: publika.az