Ağ Ev Çindən gələn məhsullara 104 faizlik tarif tətbiq edildiyini və aprelin 9-dan əlavə vergilərin toplanacağını açıqlayıb.
Bu haqda Ağ Evin sözçüsü Karolayn Livit açıqlama verib.
Onun sözlərinə görə, Prezdient Donald Trampın rəsmi Pekinə 34% tarif artımını geri götürməsi ilə bağlı verdiyi vaxt artıq başa çatıb.
Buna görə də, əlavə vergilərin sabahdan etibarən toplanacağını bildirib.
Mənbə: qafqazinfo.az