Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.
Bununla bağlı AMB sədri Taleh Kazımov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Əlili Rəxşəndə Mübariz qızı AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru təyin edilib.
Digər əmrlərlə, Həsənov Ataxan Aftandil oğlu Maliyyə sabitliyi departamentinin, Abbasov Əfqan Hikmət oğlu isə Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru təyin olunub.
Mənbə: qafqazinfo.az