Brilliant: “Polis idərəsinin qarşısında gördüm ki...” - Video

Brilliant: “Polis idərəsinin qarşısında gördüm ki...” - Video

Xalq artisti Brilliant Dadaşova 32 illik xatirəsini danışıb.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, "Gül kimi" şousuna qonaq olan sənətçi illər əvvəl silahdan atəş açdığını dilə gətirib:

“1991-ci il idi. Türkiyədən qonağımız gəlmişdi. Azərbaycan müvəqqəti yaşamaq üçün icazə almağa 8-ci kilometrdəki polis bölməsinə getdik. Polis idərəsinin qarşısında gördüm ki, 2 nəfər mülki geyimdə içki qablarını qoyub "UZİ" markalı avtomat tapançandan atəş açırdılar. Amma vura bilmirdilər. Mən də uşaqlaıqdan “Tir”lərə çox getmişəm. Xoşum gəlirdi.

Onsuz da çöldə gözləyirdik. Onlara yaxınlaşdlm və mən də yoxlamaq istədiyimi dedim. Bildirdilər ki, silahın nişangahı əyridir. Düzülən 5 içki qabının hamısını vurdum. Silahı qaytaranda isə nişangahda problem olmadığını bildirdim. Rəngləri qap-qara olmuşdu”.

 

Mənbə: yenisabah.az