Lyubov Uspenskayanın Ermənistandakı konserti LƏĞV OLUNDU – FOTO

Lyubov Uspenskayanın Ermənistandakı konserti LƏĞV OLUNDU – FOTO

Rusiyalı müğənni Lyubov Uspenskayanın Ermənistanın paytaxtında keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi sosial hesabında məlumat yayıb.

Uspenskaya sentyabrın 28-də İrəvanda baş tutmalı olan konsertinin təxirə düşdüyünü bildirib. Lyubovun konsert direktoru ləğv olunan musiqili gecə ilə bağlı açıqlama yayıb:

“Dünəndən etibarən İrəvanda bütün əyləncə tədbirlərinin ləğv edilməsi ilə bağlı fərman verilib. Bu, orada olacaq bütün konsertlərə aiddir”.

O əlavə edib ki, konsertin yeni tarixi hələ müəyyən edilməyib.

Qeyd edək ki, amerikalı rep ifaçısı Snup Doqqun sentyabrın 23-də keçirilməsi planlaşdırılan İrəvandakı konserti təxirə düşüb. Təşkilatçılar onun çıxışını qeyri-müəyyən vaxta təxirə salıb. Bu qərar Qarabağdakı hadisələrdən və Ermənistan paytaxtında sonrakı toqquşmalardan bir gün sonra verilib.


Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media