İstanbul kosmosdan belə görünür - Fotolar

İstanbul kosmosdan belə görünür - Fotolar

Beynəlxalq Kosmik Stansiya (BKS) İstanbulun kosmosdan çəkilmiş fotolarını rəsmi sosial şəbəkə hesabında paylaşıb.

Kadrlarda şəhərin həm gecə, həm də gündüz mənzərələri yer alıb.

Görüntülərdə Avropa və Asiya qitələrini bir-birindən ayıran İstanbul Boğazı və İstanbul Hava Limanı aydın görünür.

Paylaşılanlar arasında şəhərin 2012, 2023 və 2025-ci illərdə çəkilmiş arxiv fotoları da var.

Astronavtların gözü ilə lentə alınan bu kadrlar İstanbulun kosmosdan çəkilmiş ən dəqiq və təsiredici görüntüləri sırasına daxil olub.


Mənbə: qafqazinfo.az