Şəmistan Əlizamanlının bu dəfə 2 mahnısı Türkiyə serialında səsləndirildi - Video

Şəmistan Əlizamanlının bu dəfə 2 mahnısı Türkiyə serialında səsləndirildi -

“TRT”də yayımlanan 15 bölümdən ibarət “Asırlık gece” adlı bədii-sənədli filmdə Şəmistan Əlizamanlının mahnıları səsləndirilib.

Hərbi-vətənpərvərlik mahnılarının ifaçısı, diktor Ş.Əlizamanlının iki mahnısından serialda istifadə olunub.

Belə ki, 8-ci və final bölümü olan 15-ci seriyada “Salam, dar ağacı” mahnısı səslənib. 14-cü bölümdə isə “Zəfər, bismillah” mahnısı yer alıb. Bu mahnının sözləri Əhməd Cavada, musiqisi isə Şəmistan Əlizamanlıya məxsusdur.

Qeyd edək ki, Ş.Əlizamanlı bundan öncə də “Diriliş Ərtoğrul” serialında rol alaraq “Zəfər, bismillah” mahnısını ifa etmişdi.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub. Dosent Dr. Hüseyn Aydının “Asırlık gecə” kitabı əsasında hazırlanan bu filmdə məhz həmin gecə baş verən hadisələrin çoxşaxəli təsviri təqdim edilib.

İfaçının mahnılarının səsləndiyi filmdən həmin bölümləri təqdim edirik:

Mənbə: qafqazinfo.az