Meyxanaçı Namiq Qaraçuxurlu paytaxt restoranlarından birində səhnəyə çıxaraq konsert proqramı təqdim edib.
Sənətçi gecə ərzində repertuarında yer alan mahnıları canlı şəkildə ifa edib.
Onun çıxışından görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra müxtəlif reaksiyalarla qarşılaşıb.
İzləyicilər Namiq Qaraçuxurlunun performansı barədə fərqli fikirlər bildiriblər. Bəzi istifadəçilər canlı ifanı bəyəndiklərini qeyd etsələr də, digərləri sənətçinin çıxışını gözləntilərini qarşılamayan formada qiymətləndiriblər.
Mənbə: bizim.media