Aktrisa Aslı Ənvər sevgilisi Sarp Baturdan ayrılıb.
Manşet.az xəbər verir ki, cütlüyün bu qərarı almasına səbəb aktrisanın ana olmaq istəyi olub.
9 il evli qalan və bir övladı olan Batur yenidən ailə həyatı qurmaq fikrində olmadığını bildirib. Bu da münasibətin sonlanmasına kifayət edib.
Qeyd edək ki, Aslı daha əvvəl müğənni Murad Bozla münasibətdə olsa da bu da uzun sürməmişdi.
Mənbə: manset.az