Reanimasiyadan çıxan Asyadan ilk AÇIQLAMA - FOTO

Reanimasiyadan çıxan Asyadan ilk AÇIQLAMA -

Bir neçə gündür ki, reanimasiyaya yerləşdirilən bloger Asya İsmayılova səhhəti ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, palataya köçürülən bloger sosial şəbəkə hesabında sağlamlıq vəziyyətinin yaxşı olduğunu yazıb:

“Şəkərlərim, yaxşıyam, şükür. Məni sevginizlə çox kövrəltdiniz. Hər birinizi çox sevirəm. Bir neçə gündür ölkə gündəmini zəbt etdim. İstəməzdim, amma məcbur.

Bəlkə də bu hadisə baş verməsəydi, mən bu qədər sevildiyimi bilməyəcəkdim. O qədər kövrəldim ki, yazılarınızı oxuyub, necə gözəl insanlar qazanmışam mən. Çoxunuzun üzünü görməmişəm, səsinizi eşitməmişəm, amma sizi inanılmaz çox sevirəm, yaxşı ki, varsınız. Allah hər birinizin ürəyinə görə versin”, - deyə Asya bildirib.



Mənbə: bizim.media