Yaxın zamanda yayımlanması gözlənilən "Gelecek uzun sürer" serialında rol alacaq aktyorların bəzilərinin adları bəlli olub.
Axşam.az xəbər verir ki, ekran işində aktyorlar Mert Yazıcıoğlu və Aslıhan Malbora rol alacaq. Onlar "Kerem" və "Ece" adlı bacı-qardaşı canlandıracaqlar. Aktyorlar Necip Memili və Nur Fettahoğlu isə onların valideynləri rollarına "Beliz" və "Harun"a həyat verəcək.
Layihədə Aytaç Şaşmaz "Evren", Hafsanur Sancaktutan isə "Derin" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Mənbə: big.az