İtə meyxana deyən Ağamirzə: “Kaş itdə olan vəfa mənim dostlarımın 50 faizində olaydı”

İtə meyxana deyən Ağamirzə: <span class="qirmizi">“Kaş itdə olan vəfa mənim dostlarımın 50 faizində olaydı”</span>

“Orada itbazlar vardı. Xahiş etdilər ki, onlardan meyxana deyək. Olmaz bəyəm?”

Bu sözləri Ölkə.Az-a açıqlamasında meyxanaçı Ağamirzə Bakıda şadlıq saraylarının birində meyxana ustadları itə meyxana demələrindən danışarkən deyib. O, məsələnin şişirdildiyini söyləyib:

“Məsələn, bizim ustadımız Ağasəlim Çıldaq pişikdən, Nizami Rəmzi siçandan, meyxana demişdi. Müğənni var papuqaydan oxuyur.

Sadəcə, məsələni böyüdüblər. Biznesmen sifariş edib filan. Dostlar xahiş elədi, biz də dedik. Burada nə var ki?!

Keçidən şeir yazmaq olur, itdən meyxana demək olmur? Keçiyə “Ala, bula, boz keçi”, xoruza “gözləri mərcan xoruz”, deyə şeir yazmaq olur, itə meyxana demək olmur?”

Ağamirzə onu tənqid edənlərə isə belə cavab verib: “Onu demək istəyirəm ki, kaş itdə olan vəfa mənim dostlarım 50 faizində olaydı. İt kimi vəfalı heyvan var? Bir oğlana desəm ki, gəl məni qoru, 5 gün qorumaz. İt yeri gələndə güllənin, bıçağın üstünə gedər.

Arzulardım ki, sizin də bəzi insanlardansa, it kimi vəfalı dostlarınız olsun”,- deyə o söyləyib.

Billurə Yunus

Mənbə: olke.az