“Avroviziya 2024” musiqi yarışmasında daha bir ölkəni təmsil edəcək ifaçının adı bəlli olub.
İslandiyanı müsabiqədə “Scared of heights” mahnısı ilə Hera Björk təmsil edəcək.
Qeyd edək ki, H. Björk 2010-cu ildə yarışmada “Je ne sais quoi” mahnısı ilə çıxş etmişdi.
Xatırladaq ki, bu il İsveçin Malmö şəhərində keçiriləcək yarışmanın birinci və ikinci yarımfinalları 7 və 9 mayda, finalı isə mayın 11-də baş tutacaq. Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Mənbə: qafqazinfo.az