"Qanunları pozan Xatirə oldu"

Əməkdar artist Vasif Məhərrəmli duet ortağı, müğənni Xatirə İslamdan şikayət edib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Səhər mərkəzi" verilişində danışıb. Məhərrəmli ona ünvanlanan "Hansı duet ortağınıza görə peşman olmusunuz" sualına belə cavab verib:

"Peşman olmamışam. Amma qanunları pozan Xatirə olub. Bir adamla iş görürəmsə, sona kimi gedirəm. Məndən əvvəl Rüfət Axundov, Nadir Qafarzadə ilə duet oxumuşdu. Məndən sonra da bir başqaları ilə duet oxudu".

 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Fransada uşaqların şəkillərini sosial şəbəkələrdə yaymaq qadağan edilib

SONRAKI XƏBƏR

Novruz ab-havalı Bakı - FOTOLAR