"Mənə qarşı olan bu hadisəni uzun illər sonra öyrəndim" - Mənzurə Musayeva etiraf etdi - VİDEO

"Mənə qarşı olan bu hadisəni uzun illər sonra öyrəndim" - Mənzurə Musayeva etiraf etdi - VİDEO<span class="qirmizi"></span>

Müğənni Mənzurə Musayeva haqqında deyilən şayiələrdən danışıb.

BiG.AZ xəbər verir ki, o, ATV-nin "7 canlı" proqramında qonaq olarkən aparıcı Vüsalə Əlizadənin suallarını cavablandırıb.

Mənzurə Musayeva vaxtilə sevdiyi insana görə 20 min manat ziyana düşməsi şayiəsindən danışıb:

"Heç bir qəpik də etmərəm. O işlər mənlik deyil. İstər sevdiyim olsun. Sevgi başqa şeydir, pul başqa. Mən əziyyətlə pul qazanmıram ki, gedim kiməsə verim. Kimsə mənə pul xərcləsə, mən onun pulunu rahat-rahat verə bilərəm. Amma mənim qazandığım halal pulumdan yalnız özümə, ailəmizə xərcləyə bilərəm. Bir insana heç vaxt pul xərcləyə bilmərəm. Sevdiyim insan mənə pul xərcləsin də, mən niyə xərcləyim. Bu şayiədir. 20 minim olsa idi, maşınımı dəyişərdim. Amma zamanında mənim həmişə pulum olub. Mənə hər zaman Allah-Təala tərəfindən pul gəlib, rüzimi hər zaman qazanmışam. Hər işimi rahat-rahat görə bilmişəm. Mənim sponsora heç vaxt ehtiyacım olmayıb".

M. Musayeva sənət adamlarından biri onun həyatına qəsd etmək istəyib sualına da cavab verib:

"Məni istəməyiblər. Amma bu qədər belə bir şey edərlər? Mən hər kəsi öz ürəyimlə ölçürəm. Mənə elə gəlir ki, pislik etmirəmsə, mənə də etməzlər. Mən belə fikirləşirəm".

O, aparıcının "Övladınızın olmamasına səbəb illər öncəsevdiyiniz insanın yeməyinizə dərman qatmasıdır və o hadisədən sonra bir daha övladınız olmayıb" sualına aydınlıq gətirib:

"Hə, bu olub. Etiraf edirəm ki, belə bir şey olub. Şayiələr olur, amma bu doğrudur. Bunun üstündən keç. Bilmədim, əvvəl xəbərim olmadı, bilmirdim ki, belə bir şey olub. Sonradan mənə dedilər ki, belə olub. Onun bir dostu var idi, o mənə dedi ki, belə ediblər, sənin xəbərin yoxdur. Mən bunu uzun zaman sonra bildim".

Nuranə

 

 

Mənbə: big.az