Rusiyalı teleaparıcı Leonid Yakuboviç müxtəlif media və sosial şəbəkələrin ona aid etdiyi Moskva vilayətində 12 evinin olmasını inkar edib.
Publika.az xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.
O deyib ki, bunlar hamısı şaiyədir:
"Daha əvvəl jurnalistlər Moskva vilayətində 12 ev haqqında yazıblar. İndi nədənsə, 4 evdən yazırlar. Görünür, bir hissəsini satmışam. Əslində mənim bir evim var, o da ailənindir”.
Bundan əlavə, aktyor şəxsi təyyarələrə sahib olub-olmadığına da münasibət bildirib:
"Mənə iki təyyarə və bir helikopter verildiyini deyirlər. Harada olduqlarını bilmirəm, mən onları şəxsən görməmişəm. Minskə gedəndə Mi-2 ilə uçuram".