Xalq artistinin qızı: “Tabutdakı doğrudan atamdır?” - VİDEO

Xalq artistinin qızı: “Tabutdakı doğrudan atamdır?” - VİDEO<span class="qirmizi"></span>

 

“Ramiz müəllim sənə elə gəlmir ki, budəfəki rolun həmişəkindən də çox təbii və inandırıcı oldu?”

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz onun sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Atasının dəfn mərasimindəki görüntüləri valideyinin səhifəsində izləyiciləri ilə bölüşən Şəfəq onunla bağlı düşüncələrini dilə gətirib:

“40 gün olacaq sabah, deyəsən, çox uzun oldu budəfəki serial, o tabutdakı doğrudan sizsiniz, Ramiz müəllim? Aprelin 1-i 40 gün tamam olur, bəlkə zarafat edirsən? Aldatma günüdür”.

Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.
 

Mənbə: bizim.media