Britni Spirs illər sonra anası ilə görüşdü

Britni Spirs illər sonra anası ilə görüşdü<span class="qirmizi"></span>

Məşhur müğənni Britni Spirs anası Linn Spirslə uzun aradan sonra ilk dəfə görüşüb.

Axşam.az xəbər verir ki, qəyyumluq qalmaqalı müddətində 3 il qızı ilə görüşməyən Linnda ötən gün Los-Ancelesə gedərək Britni ilə danışıb. Görüş ifaçının evində baş tutub və 30 dəqiqə çəkib. Bu zaman Britninin həyat yoldaşı Sem Askeri də yanında olub.

Bu barədə müğənni sosial media hesabında yazıb:

"Şirin anam 3 ildən sonra dünən qapımın önündə göründü. Çox uzun zaman keçib. Ailədə həmişə həll edilməli olan şeylər olur, amma zaman bütün yaraları sağaldır! Uzun müddət gizli saxladıqlarımı paylaşdıqdan sonra özümü xoşbəxt hiss edirəm. Hər şeyi düzəltməyə çalışdıq. Səni necə çox sevirəm.

Çox xoşbəxtəm ki, 14 ildən sonra birlikdə qəhvə içə bildik! Sonra alış-verişə getdik".

Qeyd edək ki, Britni uzun illərdir ailəsi ilə yaşadığı qalmaqallarla gündəmdədir. O, atası Ceymsin qəyyumluğunda qalmasında anasının da əlinin olduğunu iddia etmişdi.

Bu yaxınlarda müğənninin Semi döyərək evdən qovduğu da iddialar arasındadır.

 

 

Mənbə: big.az