Sevgili olmaları ilə bağlı iddialara ilk dəfə cavab verdi

Sevgili olmaları ilə bağlı iddialara ilk dəfə cavab verdi<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Gözdə Kansuyla müğənni Emre Altuğun eşq yaşadığı iddia edilib.

Axşam.az-ın məlumatına görə, aktrisa ilk dəfə bununla bağlı şayiələrə münasibət bildirib. O, xəbərləri təkzib edib:

"Sevgili deyilik. Emre mənim çox sevdiyim dostumdur. Çıxan xəbərlərdə bizi ər-arvad kimi yaraşdırırlar deyə, gülüb əyləndik. Onunla dostluq etmək möhtəşəmdir. Həyatımda heç kim yoxdur. İşimlə eşq yaşayıram".

Qeyd edək ki, Gözdə və Emre hazırda "Yalı çapkını" serialında rol alırlar.

 

 

Mənbə: big.az