Gülüstan Əliyeva Xalq artistini kliplə yad etdi - VİDEO

Gülüstan Əliyeva Xalq artistini kliplə yad etdi -

Əməkdar artist Gülüstan Əliyeva instaqram hesabında arxiv görüntülərini izləyiciləriylə bölüşüb.

Bu, onun mərhum Xalq artisti Telman Adıgözəlovla oxuyub birlikdə kamera qarşısına keçdiyi “Nişanlılar” klipindəndir. 

Əliyeva videonu T. Adıgözəlovun vəfatının 14-cü ilində paylaşıb.

Mahnının sözləri Nüsrət Kəsəmənliyə, musiqisi Şəfiqə Axundovaya, rejissor işi Etibar Babayevə məxsusdur.

 

Mənbə: yenisabah.az