Xoşqədəm izləyicisinə çəmkirdi: "Babamın xəstəliyi canına tökülsün"

Xoşqədəm izləyicisinə çəmkirdi: "Babamın xəstəliyi canına tökülsün"

Həyat yoldaşı Doğuşla paylaşdığı fotolara yazılan rəylər tanınmış aparıcı Xoşqədəm Hidayətqızını özündən çıxarıb.

Aparıcı sosial media hesabında müğənni ilə səmimi fotolarını paylaşıb. O, paylaşdığı kadrlara "Həyat dönüşü olmayan bir yol kimidir, sadəcə irəli gedə bilərsən, amma əsla geri dönə bilməzsən. Bu səbəbdən həyatının hər anından zövq al, çünki bir daha əsla geri dönməyəcəksən. Yəni anı yaşayın, qalanı boş şeydir, Dəlicəsinə sevdiyim" sözlərini yazıb.

İzləyiciləri sözügedən fotolara "Nə gözəlsiniz", "Doğuş həyat yoldaşın olaydı, dadını çıxart", "Doğuşdan yaşlı görünür, yaraşmır" kimi rəylər bildirib.

Xoşqədəm Hidayətqızı sonuncu sözlərə səssiz qalmayıb və həmin şəxsə belə cavab verib: "Yalansa, babamın xəstəliyi canına tökülsün".

Mənbə: publika.az