Bu sual Əməkdar artisti efirdə göz yaşına boğdu - VİDEO

Bu sual Əməkdar artisti efirdə göz yaşına boğdu -

Mərhum həyat yoldaşı ilə bağlı sual Əməkdar artist Bəsdi Sevdiyevanı göz yaşına boğub.

"Rəngarəng səhər" verilişində qonaq olan müğənni 1 il əvvəl dünyasını dəyişən həyat yoldaşı Oqtay Axundovdan danışıb. O, mərhumun xəstəliyindən söz açıb:

"Burada həkimlər dedi ki, 10-15 gün ömrü qalıb. Bir günün içində onu Moskvaya, Türkiyəyə apardıq. İnanmadıq... Getməzdən əvvəl evdə danışdıq, vidalaşdıq. Amma Türkiyədə danışa bilmədik, pis halda idi. Çox çətin idi bizə".

Həyat yoldaşının ölümündən sonra depressiyaya düşdüyünü deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.

Mənbə: publika.az