Füzulidə festival keçirildi

Füzulidə festival keçirildi

İyunun 14-də Elm və Təhsil, Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Milli qurtuluşdan zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib.

Festival Milli Qurtuluş Gününə həsr olunub.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, mədəniyyət və incəsənət xadimləri, müəllimlər, şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıb. Nazir müavini ulu öndərin Azərbaycan təhsilinə və gəncliyinə göstərdiyi diqqət, qayğı nəticəsində gənclərimizin dövlət qurumlarında yüksək mövqelər tutduqlarını, ümummilli liderin ideyalarına sadiq qalan gəncliyimiz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edildiyini xüsusilə vurğulayıb.

Daha sonra Elm və Təhsil, Mədəniyyət nazirliklərinin tabeliyində fəaliyyət göstərən incəsənət yönümlü təhsil müəssisələrinin şagirdlərinin ifasında musiqi, rəqs nömrələri təqdim olunub.

Mənbə: qafqazinfo.az