Emin Ağalarov Alyona Qavrilova ilə EVLƏNDİ

Emin Ağalarov Alyona Qavrilova ilə

Xalq artisti və iş adamı Emin Ağalarov model Alyona Qavrilova ilə yenidən nikaha girib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, mayın 26-da Emin Ağalarov və Alyona Qavrilova Moskvanın qeydiyyat idarələrindən birində imza atıblar.

Bundan sonra cütlük kiçik məclis təşkil ediblər. Eyni zamanda cütlük qonaqlardan qapalı tədbirdən fotoları sosial şəbəkələrdə yerləşdirməməyi xahiş edib.
Qeyd edək ki, Emin və Alyonanın Afina adlı bir qız övladı var.

Mənbə: bizim.media