IV qrup üzrə ən yüksək balı Gəncə məktəblisi TOPLADI – FOTO

IV qrup üzrə ən yüksək balı Gəncə məktəblisi TOPLADI –

Gəncəli şagird imtahanlarda yüksək nəticə əldə edib.

Dövlət İmtahan Mərkəzinin I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsinə əsasən Gəncənin V. Veysəlov adına 30 saylı tam orta məktəbin məzunu Nəzrin Əhmədova IV ixtisas qrupu üzrə 697 balla Respublika birincisidir.

Nəzrin buraxılış imtahanında Gəncə şəhəri üzrə maksimum 300 bal toplayan 3 şagirddən biri idi.
697 bal toplayan Əhmədova həkim olmaq arzusundadır.


Mənbə: bizim.media