Van Dammın azərbaycanlı gəlinindən yeni paylaşım

Van Dammın azərbaycanlı gəlinindən yeni paylaşım

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristofer və azərbaycanlı pianoçu Suada Hacızadə evlilik ildönümü qeyd edib.

Suada ailə qurmalarından 3 il keçdiyini vurğulayıb. O, bu münasibətlə Bakıda çəkdirdikləri fotonu izləyiciləri ilə bölüşüb.

"3 il".

Qeyd edək ki, Kristofer və Suada 2021-ci ildə Türkiyədə nikah masasına oturub. Onlar Amerikada yaşayırlar.

Mənbə: teleqraf.com