"Sen çal kapımı" final edir?

"Sen çal kapımı" final edir?

"Fox" telekanalında yayımlanan "Sen çal kapımı" serialının final edəcəyi iddia olunub.

Redaktor.az xəbər verir ki, baş rollarını Hande Erçel ilə Kerem Bürsinin paylaşdığı ekran işi reytinqlərdə geriləyib.

Serialın 2-3 həftə sonra ekranlara vida edəcəyi deyilir.

Ekran işinin prodüseri isə bu barədə açıqlama verməyib. //Axşam.az

Mənbə: redaktor.az