İnsult keçirən Əməkdar artistin vəziyyəti ağırdır

İnsult keçirən Əməkdar artistin vəziyyəti ağırdır

Əməkdar artist Pərviz Bağırovun vəziyyəti stabil ağır olaraq qalır. Azvision.az xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, aktyor beyin infarktı (insult) keçirib.

"Huşu aydın olsa da, ünsiyyət qurmaqda çətinlik çəkir. Sağ tərəfi işləmir, ürək problemləri və təzyiqdən də əziyyyət çəkir. Hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır", - deyə məlumatda vurğulanıb.

Mənbə: azvision.az