Nizami Məmmədov vəfat etdi

Nizami Məmmədov vəfat etdi

Bakı. Çingiz Səfərov - Trend:

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin bədii rəhbəri və baş dirijoru Nizami Məmmədov vəfat edib.

Trend-in məlumatına görə, o, 74 yaşında dünyasını dəyişib.

Nizami Məmmədov eyni zamanda Naxçıvanda ilk estrada orkestrinin qurucusudur, uzun illər pedoqoji fəaliyyətlə də məşğul olub.

Allah rəhmət eləsin!

Mənbə: az.trend.az