Müğənni Nəfəsin 270 minlik villası var? - VİDEO

Müğənni Nəfəsin 270 minlik villası var? - VİDEO<span class="qirmizi"></span>

"Ailəmlə 2009-cu ilə qədər kirayədə yaşamışıq. Sonra anamgil ev alıb. 3 uşaq olmuşuq. Ev aldım, verdim valideynlərimə. Allah olmayanlara qismət eləsin".

Xeberoxu.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri "Leyli" mahnısı ilə tanınan müğənni Nəfəs deyib. İfaçı bildirib ki, onun 270 min manatlıq villası var:

"Bu, illərlə çəkdiyim əziyyətimin bəhrəsidir. Demək istəmirdim. İnsanlar qəribə baxırlar ki, görəsən, haradan alıb? Mən evsiz böyüyən bir qız olmuşam. Ona görə çox şükür Allaha ki, bizim evimiz var. Qardaşıma da maşın almışam. Şükür Allaha, ailəmə dəstəyəm.

Atam işləsə də, imkanı çatmırdı ev almağa. 2009-cu ilə qədər biz kirayələrdə yaşamışıq".

Aparıcı Zaur Kamalın "onda atan başına fırlanır indi, hə?" sualına Nəfəs "Atam rəhmətə gedib, kaş ki, aldığım evdə o da yaşayardı", - cavabını verib.

Qeyd edək ki, müğənni Nəfəsin atası 2011-ci ildə yol qəzasında dünyasını dəyişib.

Mənbə: www.xeberoxu.az