Məşhur aktyor Hadrutda

Məşhur aktyor Hadrutda<span class="qirmizi"></span>

Bəzən insan övladı bir müddət özü ilə tək qalmalıdır... Yeni başlanğıclar üçün, yeni sonluqlar üçün, köhnə yükləri arıtlamaq üçün, özünü axtarıb bir az daha tapmaq üçün, özünə qayıtmaq, özündən getmək üçün özünə qonaq getməlidir...

Publika.az xəbər verir ki, bu sözləri M Teatrının aktyoru Ziya Ağa instaqramda yazıb. Həmkarları Türkay Cəfərli, Yasin Həzirə və başqaları ilə birlikdə çəkiliş üçün Hadruta yola düşən aktyor ordan fotolar paylaşıb və yeni həyata başladığı mesajını verib.

“Qonaqlıq bitəndən sonra bəlkə burada, bəlkə orada, bəlkə də çox uzaqlarda öz köhnələrinlə, öz yenilərinlə hər şeyə yenidən başlamaq üçün... Öz qonaqlığın mütləqdir...” , - Ziya Ağa qeyd edib.

Mənbə: publika.az