Aktrisa müğənniyə əsəbiləşdi: "Açıq-saçıq şəkillərini paylaşmaq ayıb deyil?" - VİDEO

Aktrisa müğənniyə əsəbiləşdi: "Açıq-saçıq şəkillərini paylaşmaq ayıb deyil?" - VİDEO<span class="qirmizi"></span>

MTV kanalında yayımlanan "Ümid ilə gəl" proqramında gərgin anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, verilişdə ekspert qismində iştirak edən aktrisa Nəzakət Məmmədova ilə müğənni Elit Star Cəmilə mübahisə edib.

Sənətçi aktrisanı ailə həyatı ilə bağlı problemini efirdə səsləndirdiyi üçün ittiham edib.

Bu zaman Nəzakət Məmmədova "Sosial şəbəkələrdə açıq-saçıq şəkillərini paylaşmaq ayıb deyil, amma xəyanətə uğradığını söyləmək ayıbdır?" sözlərini söyləyərk ifaçıya etiraz edib.

Xatırladaq ki, bir neçə gün əvvəl aktrisa Nəzakət Məmmədova efirdə həyat yoldaşının ona qardaşı arvadı ilə xəyanət etdiyini bildirmişdi.

Ətraflı videoda:

Mənbə: baku.ws