Devid Bekhemə aid döymələrini sildi - "Bezmişdim..."

Devid Bekhemə aid döymələrini sildi - "Bezmişdim..."<span class="qirmizi"></span>

Futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem son günlər boşanması ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.

Teleqraf.com xəbər verir ki, bu məlumatların yayılmasına səbəb Viktoriya Bekhemin ərinə həsr olunmuş döyməni silməsi olub.

Bu barədə televiziya verilişlərindən birinə müsahibə verən Viktoriya Bekhem bədənindəki döymələrindən bezdiyini dilə gətirib: “Döymələr köhnəlmişdi, səliqəli deyildi. Media elə fərz elədi ki, mən ərimdən ayrılmışam, ona görə döymələri sildirdim. Yox, bu belə deyil. Sadəcə döymələrdən bir az bezmişdim. Bu qədər".

Viktoriya həmçinin böyük oğlu Bruklin və gəlini Nikola Peltz haqqında da danışıb. O, Nikola ilə arasında yaranan gərginliyi şayiə adlandırıb: “Onların çox gözəl toyları oldu. Mən ana kimi oğlumu bu qədər xoşbəxt görməkdən məmnunam”.

Mənbə: teleqraf.com