Ruslar Xersondan olan dirijoru əməkdaşlıq etməkdən imtina etdiyinə görə qətlə yetirdilər...

Ruslar Xersondan olan dirijoru əməkdaşlıq etməkdən imtina etdiyinə görə qətlə yetirdilər...<span class="qirmizi"></span>

Ruslar Xersondan olan dirijoru əməkdaşlıq etməkdən imtina etdiyinə görə qətlə yetirdilər...

"Kerpatenko çağırılmayan qonaqlara qapını açmaqdan imtina edib və güllələnib..."

"FTX-nın işə müdaxilə etməsi də cəsarətli musiqiçini fikrindən daşındırmayıb və o, təhdidlərə baxmayaraq, Xersonu tərk etməyib..."

"Xüsusi xidmət orqanlarını hiddətləndirən dirijorun rusdilli ziyalı olmasına rəğmən, əməkdaşlıqdan imtina etməsi olub.

Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirliyi rusiyalı hərçılər tərəfindən Nikolay Kuliş adına Xerson musiqili dram teatrının baş dirijoru Yuri Kerpatenkonun qətlə yetirilməsi barədə məlumat yayıb.

Bu barədə "9-cu kanal" nəşri yazıb.

Hadisə barədə dünən bəlli olub. Nazirliyin məlumatına görə, musiqiçi işğalçı qoşunlarla əməkdaşlıq etməkdən imtina etdiyinə görə öz evində qətlə yetirilib.

Yuri Kerpatenko 2000-ci ildən Xerson vilayət filarmoniyasında işləyib. Xerson musiqili dram teatrından başqa, musiqiçi həmçinin "Gileya" kamera orkestrinin baş dirijoru olub.

"Xerson onlayn" saytının məlumatına görə, qətl hadisəsi hələ sentyabrın sonunda baş verib. Dirijora dəfələrlə filarmoniyanın işğalçı qoşunların təyin etdiyi rəhbərləri tərəfindən əməkdaşlıq təklifi ilə müraciət edilib.

Kerpatenko hər dəfə bundan imtina edib. O zaman məsələyə FTX əməkdaşları müdaxilə edib. Lakin cəsarətli musiqiçi onlara tabe olmayıb. Üstəlik, təhdidlərə rəğmən, Xersonu tərk etməyib.

Xüsusi xidmət orqanlarını hiddətləndirən o olub ki, Kerpatenko rusdilli ziyalı olub. O, rus mədəniyyəti və musiqisinin təsirində böyüyüb, onun Rusiyada çoxsaylı dostlatı olub.

Dirijor oktyabrın 1-də Beynəlxalq musiqi gününə həsr edilən konsertdə iştirak etməkdən imtina edəndə səbr kasası daşıb.

Əvvəlcə konsertdə "Gileya" kamera orkestrinin iştirakı nəzərdə tutulub, bu isə ən azı 16 nəfər deməkdir və dirijorun rəhbərliyi lazımdır. Lakin Kerpatenko bu dəfə də imtina edib və bu, onun üçün sonunsu imtina olub.

Prinsipial musiqiçinin ölümü haqqında ilk olaraq onun həmkarı Terenti Şevçenko özünün "Facebook" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Kerpatenko çağırılmayan qonaqlara açmağa imtina etdiyi qapıdan güllələnib.

Oktyabrın 1-də isə konsert baş tutub. Orada "Gileya" orkestrinin əvvəlki tərkibindən 5 nəfəfdən ibarət simli kvintet iştirak edib.

Mənbə: moderator.az