Məşhur müğənni Şakira sevənlərinə yeni klip təqdim edib.
BAKU.WS xəbər verir ki, sənətçi "Monotonia" (Monotonluq) adlı mahnısını ifa edərək ona ekran həyatı verib.
Şakiranın fanatları onun bu lirik mahnısını həyat yoldaşı Pike ilə ayrılığına həst etdiyi iddiasındadırlar. Hətta ifada sənətçinin bəzi sözlərlə Pikeyə eyham vurduğu bildirilib.
O, həmçinin qeyd edib ki, ayrılıq zəruri idi, lakin hələ də sevir. Klipdə Şakiranın ağlamağı da diqqətlərdən yayınmayıb. Pərəstişkarları onun hələ də Pikeni unuda bilmədiyini iddia ediblər.
Qeyd edək ki, Şakira ilə Pikenin iki oğlu var. Onlar ayrıldıqları barədə bu ilin iyununda açıqlama veriblər.
BAKU.WS
Mənbə: baku.ws