Fotoşopun qurbanı oldu - FOTO

Fotoşopun qurbanı oldu - FOTO<span class="qirmizi"></span>

Sosial media hesabında paylaşdığı foto türkiyəli aktrisa Hafsanur Sancaktutana baha başa gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb aktrisanın fotoşopdan düzgün istifadə etməməsi olub. Bir-birindən fərqlənən Hafsanurun ayaqlarından birinin ölçüsü digərindən uzun olub. Şəkildəki dəyişiklik izləyicilərin də gözündən qaçmayıb.

Aktrisanın ünvanına "Bir foto ilə bu qədər oynamazlar", "Sonuncu şəkil alınmayıb, sən də fotoşop etmisən", "Sağ ayaq nədir elə? Ya güzgüyə görə olub, ya da fotoşopdandır", "Mükəmməlsən deyənlər, bu nə yaltaqlıqdır, şəkildəki cəfəngiyyatı görməyəcək qədər kor olmusunuz?" kimi şərhlər yazılıb.

Qeyd edək ki, Hafsanur hazırda "Darmaduman" serialının çəkilişlərinə hazırlaşır. O, ekran işində "Derin" obrazına həyat verəcək.

Mənbə: news.milli.az