Azərbaycanlı müğənnilərin konsertində EVLİLİK TƏKLİFİ - VİDEO

Azərbaycanlı müğənnilərin konsertində EVLİLİK TƏKLİFİ - VİDEO<span class="qirmizi"></span>

Rusiya şou-biznesində "HammAli & Navai" ləqəbləri ilə məşhurlaşan azərbaycanlı müğənnilər Aleksandr Əliyev və Nəvai Bəkirovun konsertində gözlənilməz hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, məşhurların Çelyabinsk konsertində minlərlə tamaşaçının gözü önündə bəy səhnəyə çıxaraq sevdiyı qıza evlilik təklifi edib.

"HammAli" "Bu bəyə ərə getməyə hazırsan?" deyərək qıza səslənib. Qız isə "Hə" söyləyərək bəyi cavabı ilə sevindirib. Xanımını səhnədə gül yağışına tutan bəy daha sonra onu qucaqlayaraq, öpüb. Bəyin bu addımı həm tamaşaçılar, həm də müğənnilər tərəfindən alqış və rəğbətlə qarşılanıb.

Həmin anları isə Nəvai Bəkirov sosial şəbəkə hesabında paylaşaraq "Hamıya sevməyi arzu edirəm. Nə qədər dəlisov biri olsam da..." şərhini yazıb.

Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media