Middltonun valideynlərinin 5 milyondan çox vergi borcu var

Middltonun valideynlərinin 5 milyondan çox vergi borcu var<span class="qirmizi"></span>

Uels şahzadəsi Uilyamın həyat yoldaşı şahzadə Middltonun valideynləri Kerol ilə Maykl Middltonun vergi borcları var.

Axşam.az xəbər verir ki, "Daily Mail"in məlumatına görə, onların "Party Pieces" adlı partiya şirkəti britaniyalı milyarderə satılmazdan əvvəl təxminən 2,6 milyon funt-sterlinq (təxminən 5 milyon 549 min 738 manat) itirib.

Şirkətin vergi orqanlarına 613 min funt-sterlinq borcu mövcuddur. Həmçinin, "Royal Bank of Scotland"a (RBS) koronavirus zamanı biznesi dəstəkləmək üçün götürdüyü kreditə görə 218 min funt sterlinq, digər kreditorlara 456 min funt-sterlinq və təminatsız kreditlər üçün 1.4 milyon funt-sterlinq borcu var.

"Party Pieces" qismən "Teddy Tastic Bear Company Limited"ə 180 min funt-sterlinqə satılıb.

Nəşrdən bildirilib ki, şirkətin gəliri 2021-2022-ci illər arasında 3,2 milyon funt-sterlinqə düşərək, 900 min funt-sterlinq zərər görüb.

 

 

Mənbə: big.az