Xəbər verdiyimiz kimi, ölkə üzrə fəaliyyətinə rəsmi şəkildə icazə verilən plastik cərrahların yenilənmiş siyahısı açıqlanıb. Tibbi xidmətin keyfiyyəti və şəffaflığın artırılması məqsədilə yayımlanan bu siyahı cəmiyyətdə geniş rezonans doğurub. Siyahıda bəzi tanınmış plastik cərrahların adının yer almaması isə sosial mediada və ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.
Ən çox diqqət çəkən məqamlardan biri isə məşhurlar arasında böyük nüfuza malik olan, çoxsaylı tanınmış simalara estetik əməliyyatlar həyata keçirmiş plastik cərrah Dilqəm Məhərrəmovun adının siyahıya daxil edilməməsidir. Onun adı uzun illərdir estetik müdaxilələrlə gündəmdə olan şou-biznes nümayəndələri ilə birgə çəkilir və bir çoxları üçün etibar edilən yeganə seçim kimi tanınırdı. Bu səbəbdən onun adının siyahıdan kənarda qalması birmənalı qarşılanmayıb və suallar doğurub.
Bizim.Media xəbərr verir ki, məsələ ilə bağlı müğənni Afət Fərmanqızı Yenisabah.az-a münasibət bildirib:,
“Həmin siyahı mətbuatda qarşıma çıxıb. Amma orada yazılanlar mənim düşüncəmdə əhəmiyyət kəsb etmir. Mənim düşüncəm yenə də əvvəlki kimidir. Oğlum və gəlinimin həm estetik, həm də çəpər əyriliyi əməliyyatını Dilqəm həkim edib. Kim estetik əməliyyatdan söz açırsa, bizə görə bir nömrəli həkim Dilqəm Məhərrəmovdur. əməliyyata ixtiyarı varsa, yanına özüm də gedəcəm. Növbəti illərdə lazımdır, artıq 45 yaşı keçmişəm. İndidən sonra düşünürəm ki, ehtiyac var. Mənim nəzərimdə bu işin bilicisi, bir nömrə Dilqəm həkimdir”.
A.Fərmanqızı sözügedən həkimdən razılığını belə ifadə edib:
“Gəlinim toya yaxın ərəfələrdə dedi ki, çəpər əyriliyinə görə əməliyyat olunmaq istəyir. Xaricə köçəcəkdilər və orada həkim tanımırlar. Başqa bir həkim var idi və yanına getdilər. 10 min manat pul istədi. Bu da problem deyildi. Amma ondan əlavə olaraq əməliyyatın çətin olacağını, səbəb kimi burunda olan polipləri göstərmişdi. Dilqəm həkimin yanına gedəndə öyrəndik ki, çox sadə əməliyyatdır. Mənim də özümə aid bundan sonra nə əməliyyatım olsa, səlahiyyəti olacaqsa, Dilqəm həkimi seçəcəm. Mən ondan başqa həkim tanımıram, heç tanımaq da istəmirəm”.
Mənbə: bizim.media