İngiltərədə sınıq vaza 60 min dollara satılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Bildirilib ki, vaza uzun müddət İngiltərədən olan bir qadının evində saxlanılıb. Keramika parçası sınanda qadın onu atmayıb, içərisinə gül əkərək istifadə etməyə davam edib.
Daha sonra qadının nəvələri əmlakın qiymətləndirilməsi üçün Londonun “Chiswick Auctions” hərrac evinə müraciət ediblər. Hərracçılar əvvəlcə əşyanı 13 min dollar dəyərində qiymətləndiriblər.
Hərrac evinin eksperti Co Loyd vazanın qeyri-adi üslubunu dərhal fərq edib və dibində 20-ci əsrin avanqard keramika sənətinin aparıcı ustalarından olan Hans Copperin işarəsini aşkarlayıb.
Hərrac zamanı gözlənilmədən lota maraq artıb. ABŞ-dən olan anonim alıcı vazanı 66 min dollara alıb.

Mənbə: qafqazinfo.az