“Ailəvi dostluğumuz yoxdur” dedilər

“Ailəvi dostluğumuz yoxdur” dedilər

"Bu şəhərdə" yumoristik estrada teatrının üzvləri, əməkdar artistlər Rafael İsgəndərovla Coşqun Rəhimov ailəvi dost olmadıqlarını açıqlayıblar.

Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, bu haqda 25 ildir dostluq edən sənətçilər qonaq olduqları “Həmin Zaur” verilişində danışıblar:

“Bir-birimizin evinə ancaq xeyirdə-şərdə gedib-gəlirik. Ailəvi dostluğumuz yoxdur. Başqa günlərdə getmirik. İndi elə bir dövrdür ki, vaxtımız yoxdur”.

Rafael Coşqunla sirlərini bölüşmədiyini söyləyib:

“Elə sirlər var ki, o da, mən də özümüzlə aparacağıq”.

Mənbə: axar.az