Tünzalə duet ortağının intiharından danışdı

Tünzalə duet ortağının intiharından danışdı

Tünzalə Ağayeva mərhum duet ortağı Sura Əsgərli haqda danışıb.

Yenisabah.az xəbər verir ki, Xalq artisti sənətçi bu barədə Kamran Ağabalayevin “Qapqara” layihəsində gənc ifaçının intiharı barədə deyib:

“Suranın hekayəti sirr, gizliliklərlə doludur. Onunla bağlı suallara tam cavab verə bilmirəm. Bəlkə də böyük səhvimdir ki, yanımda olan insanın halını anlamamışam. Bəlkə təcrübəsizəm, bəlkə buna hazır deyildim. Bu mövzu mənim üçün ağrılıdır. İxtiyarımız yoxdur özümüz özümüzə qərar verməyə.

Çox qeyri-adi insan olmasını görürdüm. Biz buna sevinirdik, arxasında faciə durmasını təsəvvür etməzdik. Suranın Allahdan böyük iman neməti var idi. O, başqa bir ruhun insanıydı”.

Xatırladaq ki, Sura 2014-cü ildə özünü asaraq intihar edib.

Mənbə: yenisabah.az