“Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular” - QALMAQAL/VİDEO

“Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular” -

Müğənni Afət Fərmanqızı ilə Aşıq Mübariz arasında qalmaqal yaşanıb.

Buna səbəb Mübarizin ad çəkmədən xanım müğənnilərin biri haqda dediyi sözlər olub.

Afət Mübarizin onu hədəf aldığını iddia edərək bunları söyləyib:

“Aşıq Mübariz verilişlərin birində danışır ki, xanım sənətçi “Qalenvagen” almaq üçün guya onunla avto-salona gedir, 50 min manat pulu çatmır. Salonun sahibi olan dostları deyirlər ki, “Mübarizə xatir 50 min manatı götürmürük, 5-6 aya gətirərsən”. Ad çəkmədən danışır, amma hamı məni işarələyir ki, “Afət xanım, səni deyirlər”.

Mübariz deyir ki, “xanım sənətçi efirlərin birinə çıxır, maşının ona hədiyyə olunduğunu deyir, bir qoluna Manaf Ağayev girir, gözünü bağlayırlar”. Manafla danışıram. Bu məsələ Tolikin verilişində olub, Manaf məndən başqa heç kimin qoluna girməyib, kiminsə də gözünü bağlayıb gətirməyiblər.


Biz aydınlıq verdik ki, şou yaradılmışdı, maşını mənə heç kim hədiyyə etməyib. Əlli dəfə dedim ki, maşını mənə heç kim hədiyyə etməyib, özüm almışam, şou idi.

İlk və tək bu Tolikin verilişində oldu. Mübariz, sənə zəng etdim, deyirsən ki, “səni demirəm”. Amma ikinci belə hal yaşanmayıb axı. Manaf demiş, o, başqa adamın qoluna girib, maşın təqdimatı olmayıb. Mən də ad çəkmədən deyim ki, özünə Aşıq deyən, aşıqlığın A-sından xəbəri olmayan biri var idi, sazı göyə atıb tutanda, sazını əlindən aldılar, toydan qovdular. Mən də ad çəkmirəm. Açıqlama ver görək kimi deyirsən?”


Sara

Mənbə: bizim.media