"Orduya oğul göndərən analar, ürəkli olun!" - Polad Həşimovun anası - VİDEO

"Orduya oğul göndərən analar, ürəkli olun!" - Polad Həşimovun anası - VİDEO


Şəhid generalımız Polad Həşimovun anası Səmayə xanım "Sabaha saxlamayaq" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı Səmayə xanım analarımıza müraciət edib:

"Poladın əsgərlərinə, Polad sevər əsgərlərə hamısına uğur arzu edirəm. Allah onların üstündə olsun. Polad kabinet generalı yox səngər generalı idi. Məm kreslo yox səngər generalı yetişdirmişdim. Səngər generalı hər evdən çıxmır. Şəhid analarına deyirəm ki, başınızı dik tutun. Nələr çəkdiyinizi mən bilirəm. Həmçinin orduya oğullar verən analara ürəkli olun deyirəm. Oğullarını evdən çıxaranda onlara öz torpaqları uğrunda vuruşduqlarını deyin. Heç kəs övladını torpaqlarımız uğrunda döyüşməkdən əsirgəməsin. Şuşaya bayraq sancanda generalımız Polad Həşimov, ruhun dinc olsun desinlər".


SAMİRƏ

Mənbə: big.az