Kreml Kadırovun Makron haqda tənqidindən xoşlanmadı – Peskovdan xatırlatma

Rusiyanın xarici siyasətində prezidentin formalaşdırdığı xətt rəhbər tutulmalıdır.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Fransa Prezidenti Emmanuel Makrona qarşı sərt sözləri ilə bağlı sualı cavablandırarkən deyib.

Peskov Rusiya qanunvericiliyində ölkənin xarici siyasətinin müəyyən edilməsində prezidentin aparıcı rolunu müəyyənləşdirdiyini söylədi:

"Federasiya subyektlərinin rəhbərləri xarici siyasətlə məşğul ola bilməzlər. Üstəlik dəonlar xarici siyasəti formalaşdırmır, onunla bağlı qərar vermirlər..."

Xatırladaq ki, Çeçenistanın başçısı Ramzan Kadırov Makronu Məhəmməd peyğəmbərin karikaturalarının yayılmasını dəstəkləməklə "insanları cinayət törətməyə məcbur etməkdə"günahlandırıb: "Fransa Prezidentinin özü indi bir terrorçuya oxşamağa başlayır.O, təxribatları dəstəkləyərək gizli şəkildə müsəlmanları cinayətlərə səsləyir.Makron peyğəmbərin karikaturalarının möminlər tərəfindən ağrıyla qəbuledildiyini bilməlidir. Ancaq o öz hərəkətləri ilə, hər hansı bir adekvatliderin etməsi lazım olduğu kimi etmir, əksinə atəşi söndürməkdənsə körükləyir”.

 

Bizi telegramda izləyin:

https://t.me/aqreqator_resmi

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Qəndab xanımdan sonra evlənməyi özümə bağışlaya bilməzdim, onsuz çox çətindir...”

SONRAKI XƏBƏR

Prezident İlham Əliyevdən Ermənistana cavab çağırışı: Dağlıq Qarabağın müstəqilliyini tanıyın