Xamneyinin “İnstagram” hesabı bloklandı

Xamneyinin “İnstagram” hesabı bloklandı

“Instagram” sosial şəbəkəsi İran İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xamneyinin fransız dilində xəbərlər yayımladığı hesabını bağlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı Ali Rəhbərin administrasiyası verib. Qeyd olunub ki, Ali Rəhbərin Fransa gənclərinə ünvanlandığı məktubdan sonra onun hesabı bağlanıb. Məqsəd isə ondan ibarətdir ki, məktubun mətni fransalı gənclər tərəfindən oxunmasın.

Qeyd edək ki, Fransada Məhəmməd Peyğəmbəri karikatura çəkməklə təhqir edən jurnalın əməkdaşlarını Prezident Emanuel Makron müdafiə edib. Fransa Prezidenti müsəlmanları separatçı, islam dininin isə böhran vəziyyətində olduğunu deyib. Bu çıxış dünya müsəlmanlarının etirazına səbəb olub.

Əli Xamneyi fransalı gənclərə müraciətində bildirib ki, müqəddəs şəxsləri təhqir etmək heç də söz azadlığı və demokratiyadan deyil, təxribat və fitnə-fəsaddan xəbər verir. /Azərtac

Mənbə: yenisabah.az