“Möhsün Fəxrizadəyə qəsd İran kəşfiyyatının zəifliyini göstərir” –hərbi ekspert

“Möhsün Fəxrizadəyə qəsd İran kəşfiyyatının zəifliyini göstərir” –hərbi ekspert

Strateq.az “Xəbəronlayn”-a istinadla xəbər verir ki, bunu istefada olan hərbçi, analitik Hüseyn Əlai bildirib.

“İranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi İsrailin casus qurumunun hələ də İranda fəaliyyət göstərdiyini göstərir”.

Hüseyn Əlainin sözlərinə görə, bu, hamısı şəhid olan İranın nüvə alimlərinə sayca yeddinci sui-qəsdidir. “Artıq on ildən çoxdur ki, İsrail, İran daxilində elm adamlarına qarşı sui-qəsd daxil olmaqla müxtəlif əməliyyatlar keçirir. Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatı rəhbərinin qətl metodu İsrailin İrandakı əməliyyat quruluşunun yüksək səviyyədə təchiz edildiyini və inkişaf etdiyini və dəqiq məlumatlara güvəndiyini göstərir.

İsrail bu günə qədər bütün kəşfiyyat, təhlükəsizlik, kiber, əməliyyat və diplomatik imkanlarını İran İslam Respublikasının nüvə proqramına qarşı çıxmaq üçün istifadə edib və çox güman ki, bu proqram davam edəcəkdir.

İsrailin bu cür sui-qəsdləri həyata keçirmək niyyətindən asılı olmayaraq, Şəhid Fəxrizadə kimi insanlara sui-qəsd etmək və onlar üçün mühafizəçi təmin etmək ehtimalına baxmayaraq, İsrail əməliyyatlarında hələ də müvəffəq olan İranın təhlükəsizlik aparatı və mexanizmlərinin nə qədər zəifliyin olduğunu göstərir! Digər tərəfdən, bu sui-qəsd göstərir ki, İranın bu sui-qəsdlərə operativ və diplomatik təpkisi çəkindirici olmayıb”, – deyə Hüseyn Əlai vurğulayıb.

Mənbə: strateq.az